Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
15:59
`Qarabağ` `Lans`ın yarımmüdafiəçisini transfer edib - VİDEO

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib. Faktxeber.com bildiri ki, bu barədə məlumatı Ağdam klubu feysbuk səhifəsində video-paylaşımla yayıb.

Videoda futbolçunun üzü görünməsə də, onun “Lans”ın “11 nömrəsi” Abdullah Zubir olduğunu müəyyənləşdirmək çətin deyil. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək.

Qeyd edək ki, son klubu “Lans” olan Abdullah Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Lans 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com