Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
14:29
`Məhəmməd: Allahın elçisi” filmi Bakıda təqdim olunacaq

Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq.

Film Azərbaycanda İran Mədəniyyəti Günləri çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunacaq.


Təqdimat mərasimində İran rejissoru Məcid Məcidi də iştirak edəcək, daha sonra azərbaycanlı kino xadimləri ilə görüş keçirəcək.
 
2015-ci ildə istehsal olunmuş ekran əsəri VII əsrdə Məkkədə Məhəmməd peyğəmbərin uşaqlıq və ilk gənclik dövrü ilə bağlı hadisələri əhatə edir. “Məhəmməd: Allahın elçisi” İran kino tarixində ən yüksək büdcəli filmdir.
 
Qeyd edək ki, İran Mədəniyyəti Günləri 27 iyun - 1 iyul tarixləri əhatə edəcək.
 
Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub. İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi də planlaşdırılır. İran milli orkestri də ilk dəfə olaraq Bakıda çıxış edəcək.
 
Mədəniyyət günləri məqsədilə İranın mədəniyyət və islami irşad naziri, doktor Seyid Abbas Salehinin başçılığı altında ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
107

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
195

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
229

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
236

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 15:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru