Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
12:22
2570
Kürd qruplaşmalar Rəqqada həbslərə başlayıb

"Suriya Demokratik Qüvvələri"nin kürd döyüşçüləri  Rəqqa şəhərində həbslərə başlayıblar. FaktXeber.com-un Direktorate-4-ə istinadla verdiyi məlumata görə, Rəqqanın  şimalından bu məqsədlə təqribən 50 maşın dəstək gəlib. Tutatut vaxtı SDQ yeniyetmələr də daxil olmaqla onlarsa dinc sakini İŞİD üzvü olma ittihamı ilə həbs ediblər.

Sakinlər  bu vəziyyətdən narazıdırlar və yaxın vaxtlarda aksiya kueçirməyi planlaşdırırlar.

Bundan başqa SDQ edə öz tərkiblərinə daxil olan «Liva Suvar Rəqqa» qruplaşmasının mənzil qərargahını mühasirəyə alaraq, onların üzvlərini də həbs ediblər.

Ümumiyyətlə kürdlərin nəzarətində olan ərazilərdə SDQ və yerli sakinlər arasında gərginlik artıb. Rəqqa, Hasaka və Deyr əz-Zor əyalətinin sakinləri mütəmadi olaraq silahlıların bölmələrinə məcburi çağırılması barədə şikayətlər səslənib. Yerli KİV-in məlumatına görə, son dönəmlər bu praktika yenidən bərpa olunub – silahlıların patrul dəstələri kənd və şəhərlərin küçələrində gəncləri  tutaraq təlim düşərgələrinə aparırlar.

Bu hərəkət dəfələrlə  etiraz aksiyaları ilə nətcələnsə də  SDQ qüvvələri tərəfindən qəddarlıqla yatırılıb, hətta aksiyaçılara atəş  də açılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1156

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru