Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
10:51
2552
Rusiya HKQ Azad Suriya Ordusunun mövqelərinə zərbələr endirib - VİDEO

Azad Suriya ordusu bəyan edib ki, RF HKQ Deraa şəhərində onların mövqelərinə zərbələr endirməyə başlayıb. FaktXeber.com-un iarex-ə istinadla verdiyi məlumata görə, hökumətyönlü mənbələr də bu məlumatı təsdiqləyib. «Bazalt» adını almış əməliyyatda rəsmi Dəməşqin qələbəsində maraqlı olan bütün tərəflər iştirak edib.

Silahlı qruplaşmalar Suriyayanın cənub-qərbindəki hadisələrə müdaxilə etməyəcəyini bildirən ABŞ-ın fəaliyyətlərindən narazılıqlarını bildiriblər. Qeyd edək ki, Vaşinqton  silahlı qruplaşmaların liderlərinə məlumat göndərərək, bundan sonra Dəməşqə qarşı mübarizə məsələsinə müstəqil qərar verməyə çağırdığı barədə KİV-də xəbər yayılıb.

Silahlı qruplaşmalar hesab edir ki, ABŞ onlara qarşı güc tətbiq etməsi üçün İran, Suriya və Rusiyaya kartblanş verib.

«Həyat Təhrir əş-Şam»ın xəbər agentliyi «İba» vurğulayıb ki, silahlı qruplaşmalar  Astana razılığndan çıxmaq və İdlib, Həma və Hələbdə Suriya mövqelərinə hücuma çağırış ediblər. Bununla da onlar cənuba olan təzyiqi azaltmağa  və ordunu  digər cəbhələrə parçalamağa cəhd edəcəklər.

Məqalədə : Rusiya HKQ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
121

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
98

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1563

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
430
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru