Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2018
15:44
İŞİD-in girovları İraq hökumətinə müraciət etdi: 3 günümüz var-VİDEO

İŞİD terror təşkilatının xəbər agentliyi Amaq girov götürülən  iraqlı polis və könüllülərinin videosunu paylaşıb. FaktXeber.com-un məlumatına görə, rolikdə 6 girovun hər biri özünü təqdim edir, sonra isə azadlıqları üçün şərtləri açıqlayır. Şərt bundan ibarətdir ki, İŞİD İraq həbsxanalarında olan bütün terrorçu qadınların azad edilməsini tələb edir və bildirilir ki, tələb 3 sutka ərzində yerinə yetirilməzsə, girovlar edam olunacaq. Videoda terrorçulardan biri də həmin şərti təkrarlayır.

Xatırladaq ki, iyunun 17-də İŞİD terror təşkilatı  Bağdad-Kərkük yolunda pusqu quraraq 17 polis və şiə könüllülərini girov götürmüşdü.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD girov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com