Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2018
12:51
1854
BMT Efiopiyada baş nazirə dəstək mitinqində partlayışı pisləyib-VİDEO

BMT-nin Baş katibi Antoniu Quterreş şənbə günü  Efiopiyanın  yeni baş naziri Abiy Əhmədə dəstək üçün Əddis-Əbəbədə keçirilən mitinqdə baş verən partlayışı pisləyib. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə  BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin bəyanatında bildirilir.

"Baş katib şənbə günü  Efiopiyanın baş naziri Abih Əhmədin də iştirak etdiyi mitinqdə partlayış xəbərini çox böyük narahatlıqla qarşılayıb. Baş katib bu təcavüz aktını tənqid edir", - deyə bəyanatda bildirilir.

Quterreş ölənlərin ailələrinə kədərini bildirib, yaralılara isə tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, şənbə günü Kabinetin yeni rəhbərinə dəstək üçün Əddis Əbəbənin meydanlarının birində keçirilən mitinqdə partlayış baş verib. Hadisə nəticəsində azı 1 nəfər həlak olub, 130 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Efiopiyanın baş naziri zərər çəkməyib.

Məqalədə : Efiopiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 08:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com