Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2018
22:26
Səfirin oğlu azadlığa buraxıldı

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğli Emil Osmanov həbsdən buraxılıb. Faktxeber virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatlı mənbələrdən bildirilib.

Məlumata əsasən, Emil Osmanovun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Mənbə onu da əlavə edib ki, azərbaycanlı diplomatın oğluna qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.

Xatırladaq ki, dünən Emil Osmanov təyyarə ilə Vyanadan Minksə gəlib və burada onu "Toyota Camry" avtomobilində şəxsi sürücüsü gözləyib. Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Moldova səfir Emil Osmanov həbs 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 13:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com