Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2018
12:13
Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək

 "Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək". 

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

A.Abasov yeni gömrük buraxılış məntəqəsinin Rusiya ilə sərhəddə tikiləcəyini qeyd edib: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 14:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com