Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2018
12:11
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FHN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 08:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com