Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2018
11:08
Bağçada üzünə dağ basılan uşağa görə iki nəfər işdən çıxarıldı - FOTO - YENİLƏNİB

Gəncə şəhərində 31 saylı bağçada uşağın üzünə dağ basılması iddiası ilə bağlı açıqlama verilib.

Bağçanın müdiri Günay İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyunun 21-də baş verib, amma dağ basılması iddiası yalandır: “Körpələr qrupunda olan az yaşlı Hüseyn Əliyev Sara Mustafazadəni dişləyib. Baxçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə su ilə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Hazırda körpənin vəziyyəti yaxşıdır.

Bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər”.

***

10:22

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb. Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

“Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bağça 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com