Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2018
10:19
Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - VİDEO

Dünya çempionatında 2-ci turun oyunları davam edir. Dünən E qrupunda 2, D qrupunda isə 1 görüş keçirilib.

E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.

E qrupunun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gəliblər. Matçda hesabı Serbiya açsa da, İsveçrə yığması sonradan 2 qol vurmaqla əzmkar qələbə qazanıb. 

D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşıb. Bu oyunun nəticəsi daha maraqla gözlənilirdi. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaqdı. Ancaq islandiyalıların Nigeriyaya uduzması intriqanı son tura saxlayıb.

22 iyun

DÇ-2018

II tur

E qrupu

Serbiya – İsveçrə - 1:2

Qollar: Aleksandr Mitroviç, 6 (1:0) - Qranit Caaka, 52 (1:1), Xerdan Şakiri, 90 (1:2)

Baş hakim: Feliks Brix (Almaniya)

Kalininqrad. “Kalininqrad Stadionu”

Braziliya – Kosta-Rika - 2:0

Qollar: F. Koutinyo, 90+1 (1:0), Neymar, 90+7 (2:0)

Baş hakim: Byörn Kyupers (Hollandiya)

Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

D qrupu

19:00. Nigeriya - İslandiya - 2:0

Qollar: A. Musa, 49, 75

Baş hakim: Matt Konger (Yeni Zelandiya)

Volqoqrad. "Volqoqrad Arena"

21 iyun

Argentina - Xorvatiya - 0:3 



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dünya çempionatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 19:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com