Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
16:43
2082
Liviyada iki neft limanı Xəlifə Həftərin nəzarətinə keçdi

Liviyada Xəlifə Həftərə bağlı qüvvələr iki neft limanına nəzarəti bərpa edib. FaktXəbər-in verdiyi məlumata görə, Liviyanın şərq hissəsinə nəzarət edən qüvvələr əs-Sidər və Ras Lanuf neft limanlarını ələ keçirib.
 
Hazırda liman işçiləri azad edilib və neftin çıxarılması isə müvəqqəti dayandırılıb. Limanların fəaliyyətini dayandırmasından sonra ölkənin gündəlik neft hasilatı 450 min barrel azalıb.
 
Qeyd edək ki, Müəmmar Qəddafinin 2011-ci ildə NATO tərəfindən devrilməsindən sonra Liviyada daxili qarşıdurmalar səngimək bilmir.

Xəlifə Həftərə yaraqlılara qarşı duran dünyəvi və liberal kütlə tərəfindən dəstək görür. Qərb ölkələrindən aldığı dəstək onun Liviyada aparıcı qüvvəyə çevrilməsinə səbəb olub.

Liviyanın şərqindəki müxalif qruplara qarşı keçirilən hərbi əməliyyatlarda ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir general Həftərə dəstək verir. Ona bağlı Liviya Milli Ordusu isə ölkənin mühüm bir hissəsinə nəzarət edir. Liviya Milli Ordusunun açıqlamasın da neft limanlarının yaxın zamanda yenidən işə başlayacağı bildirilir.

Məqalədə : Liviya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 12:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com