ABŞ-ın Çin ilə imtahanı: astronomik ticarət kəsirləri

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
16:42
3321
ABŞ-ın Çin ilə imtahanı: astronomik ticarət kəsirləri

ABŞ-ın milyardlarla dollarlıq tariflərlə savaş açdığı Çinlə ticarət kəsiri son 30 ildə 134 dəfədən çox artaraq 375,5 milyard dollara çatıb.

ABŞ prezidenti Donald Trampın Çinə əvvəlkilərə əlavə olaraq daha 200 milyard dollarlıq gömrük vergisi tətbiq etməsi ilə böyüyən ticarət müharibəsi iki ölkə arasında ticarət əlaqələrinin yenidən gündəmə gətirilməsinə səbəb olub.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, dünyanın ən böyük iqtisadiyyatına sahib bu iki ölkə eyni zamanda bir-birilərinin ən böyük ticarət tərəfdaşlarıdır. Demək olar ki, hər il artım göstərən ABŞ-Çin ticarəti keçən il 635,5 milyard dollarla rekord qırıb. Rəqəmin təxminən 130 milyard dollarını ABŞ-ın idxalı, 505,5 milyard dollarını isə Çinin ixracı təşkil edib.

ABŞ prezidenti Donald Trampın Çinlə ticarət kəsiri məsələsində vaxtaşırı olaraq fərqli rəqəmlər səsləndirməsinə baxmayaraq, rəsmi məlumatlara görə, bu rəqəm 2017-ci ildə 375,5 milyard dollarla ən yüksək səviyyəyə yüksəlib. Beləliklə, Çin ABŞ-ın təkcə ən böyük ticarət tərəfdaşı deyil, eyni zamanda ən çox ticarət kəsiri verdiyi ölkə xarakteri də daşıyır.

İqtisadi əlaqələri 1980-ci illərdə başlayıb

ABŞ ilə Çin ticarət baxımından bir-birilərinin ən böyük tərəfdaşları olmasına baxmayaraq, iki ölkə arasında iqtisadi münasibətlərin tarixi əslində uzun deyil.

Çin Xalq Respublikası 1949-cu ildə yaradıldıqdan sonra 1950-ci ildə başlayan Koreya müharibəsi, 1954-cü ildə baş verən Birinci Tayvan boğazı böhranı, 1959-cu ildə Tibet üsyanı və Çinin 1964-cü ildə həyata keçirdiyi nüvə silahı sınağına görə iki ölkə arasındakı münasibətlər təxminən 20 il ərzində gərginlikdə keçib.

Vaşinqton və Pekin arasında buzlar 1970-ci illərdə əriməyə başlayanda, ABŞ prezidenti Riçard Nikson Çinə qarşı ticarət embarqosunu 1971-ci ildə rəsmən ıəğv etdi. Embarqoların ləğvindən sonra Amerika şirkətləri strateji olmayan məhsulları Çinə ixrac etməyə başladı.

ABŞ Prezidenti Cimmi Karterin Çini 1979-cu ildə rəsmən tanıması və hələ də davam edən "Vahid Çin" siyasətini mənimsəməsi münasibətlərin yaxşılaşması baxımından dönüş nöqtəsi oldu.

ABŞ Konqresi yaxşılaşan münasibətlər çərçivəsində 1980-ci ilin yanvarında Çinə "Ən çox üstünlük verilən millət" statusunun verilməsini təsdiq edərək Çindən idxal olunan məhsullara qarşı yüksək vergi tətbiqini də başa çatdırdı.

İki ölkə arasındakı iqtisadi əlaqələrin ABŞ tərəfindən yüksəldilməsi təşəbbüsləri Çindəki islahatlar və liberallaşma hərəkətləri ilə birləşdikdə isə 1980-ci illərdən etibarən sürətli şəkildə inkişaf etməyə başladı.

ABŞ ixracı sayəsində 1984-ci ildən etibarən Çinin ən çox ticarət apardığı 3 ölkədən biri halına gəldi. Amma Çin həmin illərdə ABŞ-ın ilk 10 ticarət tərəfdaşı arasında belə deyildi.

ABŞ-ın Çinlə ilk ticarət kəsiri 1985-ci ildə qeydə alınıb

ABŞ Çinə qarşı 1970-1980-ci illər arasında ticarət üstünlüyünə malik olsa da, işlər 1985-ci ildən etibarən ABŞ-ın əleyhinə dəyişdi və 1985-ci ildə Çinə 6 milyon dollarla ilk ticarət kəsiri verdi.

Sözügedən kəsir sonrakı illərdə sürətlə artmağa başladı və 1990-cı ildə 10 milyard dollara, 2000-ci ildə 84 milyard dollara, 2010-cu ildə 274 milyard dollara və 2017-ci ildə isə 375,5 milyard dollara qalxdı.

Kəsirin artma sürətini daha yaxşı anlatmaq üçün müqayisə aparmaq lazım gələrsə, deyə bilərik ki, ABŞ-ın Çinə qarşı ticarət kəsiri son 30 ildə (1987-2017) 134 dəfədən çox artıb.

ABŞ-ın 1985-2017-ci illər arasında Çin ilə mal dövriyyəsinə dair göstəricilər belədir:

İl

İxracat

(milyon dolar )

İdalat

(milyon dolar)

Ticaret kəsiri

(milyon dolar)

1985 3,855.7 3,861.7 6,0
1986 3,106.3 4,771 1,664.7
1987 3,497.3 6,293.6 2,796.3
1988 5,021.6 8,510.9 3,489.3
1989 5,755.4 11,989.7 6,234.3
1990 4,806.4 15,237.4 10,431
1991 6,278.2 18,969.2 12,691
1992 7,418.5 25,727.5 18,309
1993 8,762.9 31,539.9 22,777
1994 9,281.7 38,786.8 29,505.1
1995 11,753.7 45,453.2 33,789.5
1996 11,992.6 51,512.8 39,520.2
1997 12,862.2 62,557.7 49,695.5
1998 14,241.2 71,168.6 56,927.4
1999 13,111.1 81,788.2 68,677.1
2000 16,185.2 100,018.2 83,833
2001 19,182.3 102,278.4 83,096.1
2002 22,127.7 125,192.6 103,064.9
2003 28,367.9 152,436.1 124,068.2
2004 34,427.8 196,682 162,254.3
2005 41,192 243,470.1 202,278.1
2006 53,673 287,774.4 234,101.3
2007 62,936.9 321,442.9 258,506
2008 69,732.8 337,772.6 268,039.8
2009 69,496.7 296,373.9 226,877.2
2010 91,911.1 364,952.6 273,041.6
2011 104,121.5 399,371.2 295,249.7
2012 110,516.6 425,619.1 315,102.5
2013 121,746.2 440,430 318,683.8
2014 123,657.2 468,474.9 344,817.7 
2015 115,873.4 483,201.7 367,328.3
2016 115,545.5 462,542.0 346,996.5
2017 129,893.6 505,470.0 375,576.4

Məqalədə : ABŞ Çin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 16:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com