Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
16:32
Türkmənistan prezidenti indi də avtomobil ustası rolunda-VİDEO

MDB ölkələrinin bir çox prezidenti avtomobil sevər kimi tanınırlar, lakin heç də onların hamısı sportkarı dizan eləmir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Xronika Türkmenistana» məlumat yayıb. Bildirilir ki, Orta Asiya ölkəsinin prezidenti Qurbanqulu Berdımuhammudov ciddi-ciddi  avtosportla məşğul olmağa başlayıb. Bu yaxınlarda onun layihəsi ilə yarış maşını yığılıb. Həmin avtomobil rallidə iştirak edəcək.

Xəbərdə o da deyilir ki, ona bu işdə oğlu Sərdar kömək edir. İşlər Milli Avtomobil İdmanı Mərkəzində aparılıb.

Konstruktor prezidentin əsas qürur mənbəyi isə  təhlükəsiz güc karkasıdır. Həmçinin ailə məclisində  dekor elementləri və əlavə təchizatın  yeri barədə müzakirələr olub.

Jurnalistlər bildirirlər ki, avtomobili yığmaq üçün ata və oğula cəmi bir gün vaxt lazım olub.

Qeydiyyat prosesində «Amul-Xəzər 2018» ralli yarışmasının simvolikasından istifadə edilməsi onu göstərir ki, Qurbanqulu Berdımuhammedov böyük ehtimalla öz avtomobilində yarışda iştirak edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkmənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 18:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com