Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
14:54
Ağstafada taxıl sahəsində baş verən yanğın söndürülüb

Ağstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayonun Kəsəmənli və Poylu kənd bələdiyyəsinin ərazisində ümumi sahəsi 20 hektar ərazidə olan kol-kos və ümumi sahəsi 15 hektar olan biçilməmiş taxıl zəmisinin 0,5 hektar sahəsi yanıb. 

Qeyd edək ki, taxıl sahəsi Poylu kənd sakini, Adil Nəsibova məxsusdur.

Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub.

****

Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb. Yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub. 

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : wheat field 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 18:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com