Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
14:43
Putin Yeltsinin kürəkənini özünə müşavir götürüb

Rusiya prezidenti Vladimir Putin Valentin Yumaşevi özünün ictimai işlər üzrə müşaviri təyin edib. FaktXəbər bildirir ki, bu barədə cümə günü, iyunun 22-də Kremlin saytına məlumat yerləşdirilib.
 
Qeyd edək ki, Valemtin Yumaşev 1997-ci ilin martından 1998-ci ilin dekabrınadək Kreml Administrasiyasının rəhbəri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin ikinci nikahdan olan qızı Tatyana Dyaçenko ilə evlidir.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti həmçinin özünə müşavir olaraq Abubakr Edelqerievi də təyin edib. O, həmçinin Anna Kulikovabı prezidentin protokol idarəsinin rəisi, Sergey Novikovu prezidentin ictimai layihələr üzrə idarəsinin rəisi, Aleksandr Manjosin isə prezidentinin xarici siyasət üzrə idarəsinin rəhbəri vəzifəsinə gətirib.
 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 23:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com