Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
12:50
Bakıda “Shacman” sərnişin dolu avtobusa çırpıldı – VİDEO

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb.

FaktXəbər-in məlumatına görə, bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını "Xaliq Faiqoğlu "şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib. Belə ki, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəza nəticəsində avtobusa böyük miqdarda maddi ziyan dəyib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : avtobus qəzası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 13:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com