Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
12:49
`Airbus` Böyük Britaniyanı tərk edə bilər

"Airbus" təyyarə istehsalçısı Böyük Britaniyanın Avropa Birliyindən çıxması səbəbiylə bu ölkədəki fəaliyyətini dayandırmağa hazırlaşır. FaktXəbər bildirir ki, bu barədə "Sky News" məlumat yayıb.

Hazırda şirkətin Böyük Britaniyadakı zavodlarında 14 min nəfər işləyir. Bundan əlavə 110 min işçi isə birbaşa və ya dolayısı yolla Britaniya üçün təyyarə istehsalında işləyir.

"Airbus"un bəyanatında deyilir ki, ölkənin AB-ni tərk etməsi səbəbindən şirkət Böyük Britaniyadakı investisiyalarını yenidən nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, Böyük Britaniyada istehsal dayandırılsa, şirkət ABŞ, Çin və digər Avropa ölkələrində fəaliyyətini davam etdirəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Airbus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 13:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com