Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
12:30
`Bravo` marketin müdir müavini döyülüb - YENİLƏNİB

Pənah Ruşanovun yaxınlarının verdiyi məlumata görə, o, "Bravo"nun "Bülbül Ekspres" filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır: "Dünən ora bir firmadan üzərində istehsal tarixi olmayan mal gətirilib. Pənah Ruşanov belə malı qəbul edə bilməyəcəklərini bildirib. Bir qədər söhbətdən sonra firmanın nümayəndəsi ondan məsələnin iş otağında müzakirə olunmasını xahiş edib. Pənah razılaşaraq onu iş otağına dəvət edib. Otağa girdikdən sonra isə firmanın nümayəndəsi gözlənilmədən Pənah Ruşanovun başına ağır zərbə endirib, huşunu itirərək yerə yıxılıb. Qarşı tərəf isə buna əhəmiyyət verməyərək qapını arxadan bağlayıb heç kəsin içəri daxil olmasına imkan vermədən ona zərbələr endirib. Nəticədə Pənah Ruşanov kəllə-beyin travması alıb, burnu üç yerdən sınıb. Marketin işçiləri zorla qapını açaraq onu huşsuz halda yerdən qaldırıb xəstəxanaya çatdırıblar".Qohumlarının bildirdiyinə görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: "Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb".

*** 07:40

Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb. Hadisə Bülbül prospektində baş verib.

Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. 

Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin araşdırmalar aparılır.(Report)

Məqalədə : "Bravo" market 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 03:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com