Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
11:50
İtaliyadan miqrantları xilas edənlərə həbs

İtaliya rəhbərliyi Liviyanın dəniz sularında 224 qaçaq miqrantı xilas edən Almaniyanın "Mission Lifeline" adlı qeyri-hökumət təşkilatını həbslə təhdid edib. FaktXəbər bildirir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

Xilasetmə əməliyyatından sonra etibarlı bir liman üçün icazə gözləyən təşkilata İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini və infrastruktur və nəqliyyat naziri Danilo Toninelli təpki göstərib.
 
Təşkilatı Liviya sularında qaydalar və beynəlxalq hüquqa zidd davranmaqda ittiham edən İtaliya rəhbərliyi "Mission Lifeline" təşkilatının kifayət qədər texnikaya malik olmadığını və həddindən artıq qaçqını gəmiyə mindirərək onların həyatını da təhlükəyə atdığını bəyan edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İtaliya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com