Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2018
10:19
Bu çörəkləri zibilxanaya kim töküb? - FOTOLAR

Bakı şəhəri Pirallahı adası ərazisində yerləşən çörək zavodu alınmayan və geri qaytarılan çörəklər zibilxanaya atılıb.

“FaktXəbər” Bizimyol-a istinadən xəbər verir ki, bu hadisə insanların narazılığına səbəb olub.  Məsələ ilə bağlı yerli icra orqanlarına məlumat verilsə də heç bir tədbir görülməyib. Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Mənsur Piriyev faktın araşdırılacağını bildirib.

Məlum olub ki, çörəkləri zibilxanaya “ADA” çörək zavodu boşaldıb. Zavod müdürü Zahid Şahbazov isə bunu təkzib edib: ““Biz müqəddəs bir işlə məşğuluq. İnsanlar şənbə və bazar günü istirahət etsələr də biz istirahətsiz işləyrik. Bunu hansısa xain edib və bizi ləkələməyə çalışır. Biz sağlam rəqabət aparırıq hər zaman, belə çirkin məlumatlar yaymırıq. Çörək qədrini çörəkçi bilər, biz onu necə zibilxanaya ata bilərik? Bu tamamilə yalan məlumatdır. Qoy desinlər çörəkdən tük çıxıb, desinlər çörək yaxşı bişməyib amma heç vaxt belə məlumat ötürməsinlər bizim haqqımızda”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : çörək zavodu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com