Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
23:22
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli  Sərəncam imzalamış, Sərəncama əsasən,  kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə  50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək, 14 iyun 2017-ci ildə istifadəyə verilmiş, məcburi köçkünlərin buraya  köçürülməsi qısa müddətdə başa çatdrılıb.

Kənddə bərpa işlərinin ikinci mərhələsində,  dövlət başçısısının 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektləri inşa edilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib.

Bunlar, əsasən, Bakı və Şirvan çəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış  məcburi köçkün ailələridir. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə  mövcud qanunverciliyə uyğun olaraq yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cocuq Mərcanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com