Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
21:53
“Araz” Supermarketlər Şəbəkəsi işçisinin qətli ilə bağlı məlumat yayıb

“Araz” Supermarketlər Şəbəkəsi əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

“Araz” Supermarketlər Şəbəkəsinin mətbuat xidmətindən verilən məlumata görə, şirkət baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir: “İyunun 20-də Araz Supermarketlər Şəbəkəsinin Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən filialının işçiləri Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. İş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib. Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır. Araz Supermarketlər Şəbəkəsi hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik". (apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Araz supermarket 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com