Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
16:42
Messi dünya kubokuna görə ağlayır

"Messinin məqsədi dünya kubokunu qazanaraq evə aparmaqdır. Bu, onun ən böyük arzularından biridir". FaktXəbər bildirir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messinin anası Siliya Mariya Kuççitini deyib.

O, oğlunun buna görə göz yaşı tökdüyünü də etiraf edib: "Messinin hərdən necə əzab çəkməsini və ağlamasını görürük. Dünya kubokunu Argentinaya gətirməyi çox istəyir. Messi kuboku əldə etmək üçün hər şeyini verməyə hazırdır".

Qeyd edək ki, Argentina DÇ-2018-in qrup mərhələsində keçirdiyi ilk oyunda İslandiya ilə 1:1 hesablı heç-heçə edib. Lionel Messi həmin matçda 11 metrlik zərbədən fərqlənə bilməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Messi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com