Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
15:37
Türkiyə ABŞ-ın mallarına əlavə rüsum tətbiq edir

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, Ankara 22 növ məhsul üçün ABŞ-a qarşı 300 milyon dollar dəyərində rüsum tətbiq edir. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
 
Qeyd edək ki, məlum qərar ABŞ-ın polad və alüminium rüsumlarının tətbiqinə cavab xarakteri daşıyır.
 
"ABŞ rəhbərliyi polad və alüminiumla bağlı əlavə rüsumlar tətbiq edib. Biz ABŞ-a 1,18 mlrd. dollar dəyərində polad ixrac edir, bu ölkədən isə 1,3 mlrd. dollar məbləğində mal idxal edirik. Biz onlarla danışıqlarda bu problemi həll etməyə çalışırdıq, amma alınmadı",-deyə Nihat Zeybekçi əlavə edib.

Xəbər verildiyi kimi, Avropa Komissiyası da ABŞ-ın polad və alüminium rüsumlarının tətbiq edilməsinə cavab olaraq tədbirlər görülməsinə razılıq verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə-ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 08:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com