Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
15:05
Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdirmi?

“Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçməlidir. Müşahidələr bu sahədə xeyli qanunsuzluğun olduğunu göstərir.

Məsələn, bəzi yanacaqdoldurma məntəqələrində və digər yerlərdə sürücülərə texniki baxış məntəqəsinə getmədən texniki baxış nişanları təklif olunur. Bəziləri zamanının olmadığını, texniki müayinə mərkəzlərində avtomobildə bir çox problemin üzə çıxacağını əsas gətirərək, həmin “maklerlər”in müəyyən məbləğ qarşılığındakı təklifinə “hə” deyir. Maraqlıdır ki, yol polisi bu məsələdən xəbərdar olmadığını deyir...

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev deyib ki, onlara  texniki baxış talonunun qeyri yerlərdə satılması, hədiyyə olunması kimi hər hansı bir müraciət daxil olmayıb.

“Biz dəfələrlə qeyd etmişik ki, avtomobillərin texniki baxışı yalnız texniki müayinə mərkəzlərində keçirilir. Yəni orada istisna hallar olmur ki, başqa yerlərdə texniki baxışdan keçsin. Bizim “qaynar xətt”imizə, poçtumuza rəsmi olaraq şikayət ünvanlansa, biz həmin faktı araşdıracağıq. Avtomobillərin texniki baxışdan keçməsi üçün 20 manat dövlət rüsumu tələb edilir”.

Rüfət Quliyevin sözlərinə görə, qeyri texniki baxış yerlərində verilən texniki baxış talonları saxta ola bilər.

“Biz hər zaman tövsiyə edirik ki, texniki baxışı yalnız müayinə mərkəzlərində  keçirilsin. Yanacaqdoldurma mərkəzlərində, küçədə kimlərdənsə texniki baxış talonu almaq qanunsuzluqdur”.

Şöbə rəisinin sözlərinə görə, texniki baxışdan keçməyən avtomobillərlə bağlı reydlər keçirilə bilər.

“Keçirilən reydlərdə texniki baxışı vaxtında keçməyən və saxta texniki baxışı olan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53834

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53279

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53643
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 18:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru