Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
14:13
Trampın müşaviri Moskvaya gedəcək

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonın Rusiyaya səfəri nəzərdə tutulub. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
"Bildiyimizə görə, doğrudan da belə bir səfər baş tutacaq. Hələlik bu qədər deyə bilərik",-deyə Peskov əlavə edib.

Bir müddət əvvəl KİV-də məlumat yayılmışdı ki, ABŞ və Rusiya prezidentlərinin görüşü barədə hazırlıq aparmaq üçün Bolton Moskvaya gedə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com