Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Hər il dər müddəti bitdikdən sonra bəzi valideynlər övladlarının təhsil aldığı məktəbi dəyişmək qərarına gəlirlər. Bununla bağlı isə əksərən məktəb rəhbərliyi çətinliklər yaradırlar.
Sözügedən yerdəyişmənin necə həyata keçirilməsi ilə bağlı valideynlərin FaktXəbər-ə ünvanladığı suallara cavabı Təhsil Nazirliyinə sorğumuza istinadən təqdim edirik.
İlk öncə qeyd edək ki, bu "Qaydalar" ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə də ölkədən kənara, habelə digər ölkələrdən Azərbaycana yerdəyişməsi ilə bağlı qaydaları müəyyən edir.
Ölkə daxilində I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı kimi tənzimlənir:
Övladını digər məktəbə dəyişmək istəyən valideyn və ya qanuni nümayəndəsi onun hazırda oxuduğu məktəbin direktoruna yerdəyişmənin səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon (şəhər), məktəb göstərilməklə ərizə ilə müraciət edir. Məktəbin direktoru şagirdin dəyişiləcəyi məktəbin direktoruna (vəziyyətdən asılı olaraq təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun hazırda bu məktəbin müvafiq sinfində oxuması barədə məktub hazırlayır. Valideyn və ya qanuni nümayəndə həmin məktubu əlavə etməklə övladının təhsil alacağı məktəbin direktoruna ərizə ilə müraciət edir. Məktəbin direktoru şagirdin təhsil aldığı məktəbin direktoruna onun müvafiq sinfə qəbul olunduğu və şəxsi işinin göndərilməsi haqda arayış verir. Həmin arayış əsasında isə valideyn və ya qanuni nümayəndə övladının şəxsi işini alıb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir.
Amma qeyd etmək lazımdır ki, hesabat dövründə, yəni 15 sentyabr-1oktyabr tarixləri aralığında şagirdlərin yerdəyişməsinə icazə verilmir.
Lisey və gimnaziyalara, təmayüllü ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, xüsusi tədris proqramı ilə işləyən digər ümumtəhsil məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən həmin qəbildən olan müəssisələrə şagirdlərin yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla yuxarıda qeyd edilən təhsil müəssisələrinin nizamnamələrinə uyğun həyata keçirilir.
Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün olmayan şagirdlər isə yalnız yerli məktəblərə köçürülə bilər. Yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsinə isə icazə verilmir.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə Təhsil Nazirliyi tərəfindən aşağıdakı hallarda razılıq verilir:
Şagird:
1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə, rayon, şəhər) digər ümumtəhsil məktəbinə keçdikdə.
2. Ailəsi ilə birlikdə başqa yaşayış yerinə (rayona, şəhərə) köçdükdə.
3. Müvəqqəti məskunlaşdığı rayondan (şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış yerinə köçdükdə.
4. Valideynlərinin respublikadan kənara uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə.
5. Müxtəlif səbəblərdən özəl ümumi təhsil müəssisələrində, xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda təhsilini davam etdirməsi mümkün olmadıqda.
X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə əlaqədar bu "Qaydalar"ın hər bir halı ilə bağlı valideynin (digər qanuni nümayəndənin) ərizəsinə bilavasitə müvafiq rayon (şəhər) təhsil şöbəsində (idarəsində) baxılır, diqqətlə araşdırılır, bu barədə Təhsil Nazirliyinə məlumat verildikdən sonra qərar qəbul edilir.
Təhsil şöbələri (idarələri) digər rayon və şəhərlərdən ərazilərindəki ümumtəhsil məktəblərinə keçirilmiş X-XI sinif şagirdlərinin dərsə davamiyyəti üçün şəxsən məsuliyyət daşıyırlar.
IX və XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi hər il martın 1-dək həyata keçirilir.

Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
06
Dekabr- 06-12-2019 10:04 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
- 05-12-2019 15:30 Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb
- 05-12-2019 13:27 DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı açıqlama verib
- 05-12-2019 13:05 "İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq"
- 05-12-2019 10:39 DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
- 04-12-2019 15:45 İtirilmiş beyin hüceyrələrini əvəz edə biləcək "süni neyron"
- 03-12-2019 16:58 İnklüziv təhsillə bağlı layihələr
- 03-12-2019 15:26 Azərbaycanın imtahan mərkəzlərində üzün tanınması sistemi tətbiq olunacaq
- 03-12-2019 14:47 Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
- 03-12-2019 13:32 BDU rektoru tələbələrlə bağlı məsələyə münasibət bildirib
- 03-12-2019 09:00 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə bu yeni sözlər daxil edilib
- 02-12-2019 11:16 Ötən ay Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub
- 29-11-2019 13:22 Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb
- 29-11-2019 10:18 Almaniyanın iki ali məktəbi təqaüd proqramı elan edib
- 28-11-2019 10:12 Attestat ala bilməyənlər üçün imtahan keçiriləcək
- 28-11-2019 09:59 Azərbaycan “Web of Science”da nəşr aktivliyinə görə Cənubi Qafqazda liderdir
- 27-11-2019 17:23 Almaniyanın “Hertie” İdarəçilik Məktəbi təqaüd proqramı elan edir
- 27-11-2019 14:52 Yaponiyada xəstələnən şagirdlərin əvəzinə robotlar məktəbə gedir
- 26-11-2019 16:37 Gəncə şəhər 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb
- 26-11-2019 11:13 Valideynlərin nəzərinə!
- 25-11-2019 16:09 2020-2021-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramı
- 22-11-2019 11:17 İsveçrənin Cenevrə Universiteti təqaüd proqramı elan edir
- 22-11-2019 10:33 Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
- 21-11-2019 12:59 Məktəblərdə psixoloqların sayı şagirdlərin sayına uyğunlaşdırıla bilər
- 21-11-2019 09:41 Təhsil Nazirliyinin nəzdində yaradılacaq yeni qurumun vəzifələri müəyyənləşib