Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
11:42
1479
Qalmaqallı kosmetoloqun klinikası bağlandı

Pasiyentlərinin dodaqlarını yandırıb, dəhşətli hala salmaqda ittiham olunan, özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın klinikası, nəhayət ki, bağlanıb. Bu barədə zərərçəkmişlərin vəkili Toğrul Allahyarov məlumat verib. Vəkil qeyd edib ki, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşən mərkəz hazırda icarəyə verilir:

“Elnarə Rzayeva 3 ilə yaxın ”LA sisters" mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra “LA sisters” rəhbərli tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam".

Bizə daxil olan məlumata görə isə mərkəz bağlandıqdan sonra personal istintaqa cəlb edilib, araşdırma aparılır. Məsələ ilə bağlı Elnarə Rzayevanın mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Mərkəzdə çalışan digər kosmetoloq Vəfa Mustafayeva isə zənglərimizdən sonra mobil telefonunu söndürdü.

Eyni zamanda pasiyenti Validə Firudinovanı pula görə döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başladılıb.

Onu da əlavə edək ki, bağlanan klinikanın lisenziyası olmadığı haqda iddialar var idi. Belə ki, Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıqla ilə bağlı lisenziyası yoxdur. Qeyd olunub ki, Elnarə Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.(musavat.com)

Məqalədə : Kosmetoloq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 16:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com