Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
10:40
2067
İran yığmasının mətbuat katibi oyundan sonra xəstəxanaya yerləşdirilib

Kazanda keçirilən Dünya Çempionatında İran-İspaniya oyunundan sonra İran yığmasının mətbuat katibi Mohsen  Məhəmmədkia  xəstəxanaya yerləşdirilib. FaktXeber.com-un məlumatına görə, bu barədə İran yığmasının nümayəndəsi TASS-a bildirib.

Məlumata görə, oyun bitdikdən və İspaniyanın minimal hesabla qələbəsindən sonra sonra o, özünü pis hiss edib.

Bildirilir ki, ona dərhal ilkin tibbi yardım göstərilib, sonra isə xəstəxanaya çatdırılıb. Müayinədən sonra  onun həyatı üçün heç bir təhlükə olmadığı ortaya çıxıb və bildirilib ki, yaxın vaxtlarda  öz komandasına qoşula biləcək.

Xatırladaq ki, iyunun 21-də keçirilən oyun zamanı İran yığması İspaniyaya 0:1 hesabı ilə məğlub olub. İki oyundan sonra  iranlılar 3 xalla  B qrupunda 3-cü yerdə qərarlaşıblar.

İran yığmasının növbəti oyunu iyunun 25-də Portuqaliya komandasına qarşı olacaq. 

Hazırda Mohsen Məhəmmədkianın xəstəxanadan çıxarıldığı bildirilir.

Məqalədə : İran İspaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com