Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
10:40
Maştağada gənclər bıçaqlanıb: ölən var

Bakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.

Maştağa qəsəbəsində dava edənləri ayıran zaman 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu bıçaq xəsarəti alıb, daha bir nəfər iisə ölüb.

***

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Maştağa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 18:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com