Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
14:52
DSX rəhbəri İran-Azərbaycan sərhədində

İyunun 21-də saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasına cəhd edilib.

DSX-dan Faktxeber.com-a verilən məlumata görə, sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can Res­pub­likası istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­ub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər­həd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər hadisədən dərhal sonra əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.

***

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib.

Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub.

İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sərhəd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 14:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com