Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
16:16
2100
Nəgəng dəniz canlısı və əsnəyən balıqçı - FOTO

Filippində bolqar fotoqraf Dimitar Karanikolov sirli  dəniz canlısının kanoenin yaxınlığında təhlükəli vəziyyətdə şəklini çəkib. Səyyahın sözlərinə görə, o, bu nəhəng balığın qayıqçını udacağını düşünüb.

FaktXeber.com-un Metro.news-a istinadla verdiyi məlumata görə, çəkiliş kvadrokoperlə edilib. Effektiv fotoda  balıqçının  və nəhəng balığın görüş anı  qeydə alınıb.

Bolqar fotoqraf əsasən filippinlinin həmin andakı reaksiyasından şoka düşüb. Belə ki, nəhəng balıq qayığın yaxınlığında olmasına baxmayaraq, balıqçı gərnəşərək əsnəyib.

Sonradan məlum olub ki, nəhəng canlı balina köpəkbalığının balası imiş. Bu balıqların böyüklərinin uzunluğu isə 12 metrə çatır. Bu balıqlar ancaq plankton  və xərçənglərlə qidalanır. Yerlilər onlara təhlükə kimi baxmırlar.

Məqalədə : köpəkbalığı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com