Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
15:59
Ramil Usubov İsrailə yollanıb

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsrail Dövlətində rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən səfər çərçivəsində Ramil Usubov və onu müşayiət edən şəxslər Təl-Əviv şəhərindəki İsrail Antiterror Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra bu ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki sənaye müəssisələrində də olub. Burada istehsal edilən müasir texnoloji vasitələr və məhsulların cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahələrində tətbiqinə dair qonaqlara məlumat verilib.

Daha sonra daxili təhlükəsizlik naziri Gilad Erdan və müdafiə naziri Aviqdor Liberman general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul ediblər.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com