Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
15:26
Büdcədən 58 milyon ayrıldı - Prezident fərman vermişdi

“Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələn tədbirlərin maliyyə təminatı üçün ayrılacaq məbləğin həcmi müəyyənləşib.

Bu barədə məlumat 2018- ci ilin yenidən baxılacaq dövlət büdcəsi sənədində əks olunub. Belə ki, sözügedən şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün  58,3 milyon manat vəsait nəzərdə tutulub.  

Həmçinin pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384,0 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128,0 milyon manat vəsait yönəldiləcək.(Qafqazinfo)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 19:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com