Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
15:21
1482
Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7 294 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) FaktXəbər-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 637 ədəd və yaxud 2,75 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi və yaxud 0,51%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi və yaxud 88,62%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi və yaxud 10,12%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 5 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 1 ədəd və yaxud 2,78% artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,89 dəfə və yaxud 4 224 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 396 ədəd və yaxud 2,14 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 16 ədəd və yaxud 47,06% artıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com