Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
14:53
Erməni general küçədən keçən qızları evə aparıb zorlayırmış

"90-cı illərin əvvəlindən Ermənistanda dövlətin gücləndirilməsi istiqamətində işləmək əvəzinə, hökumət alətlərinin möhkəmləndirilməsi üzərində işlər görüb". FaktXəbər bildirir ki, bu barədə Ermənistan Helsinki Komitəsinin rəhbəri Avetik İşxanyan "Respublika" partiyasının deputatı, general Manvel Qriqoryanın saxlanılması barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.
 
"Onlar özbaşnalıqla məşğul olub və buna görə heç kim onlara toxunmayıb. 90-cı ildən başlayaraq onlar insanları döyür və talan edirdilər, amma bütün bunlara göz yumulur, əvəzində isə onlara biznes və əmlak verirdilər. Manvel Qriqoryan Gorus şəhərində yaşayıb, onlar orada nələrlə məşğul olmayıblar? Zorla küçədən gənc qızları evlərə aparırdlar, qızların ataları övladlarını geri almaq üçün gələndə isə onları da vəhşicəsinə döyürdülər",-deyə İşxanyan əlavə edib.
 
Ermənistan Helsinki komitəsinin rəhbəri daha sonra bunları əlavə edib: "Manvel Qriqoryan axşam velosipedlə gəzmək istəyərkən, yollar şəhərdə bağlanırdı, velosipedçilərin böyük bir qrupu isə onu müşayiət edirdi, küçələrdə isə "Ura, general" qışqırmaq üçün uşaqlar gözləyirdi".

Qeyd edək ki, Manvel Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşlar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Məlumat üçün bildirək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Manvel Qriqoryan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 14:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com