Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
14:10
Sorosdan Qərbə `bu 3 ölkəni dayandırın` çağırışı

Maliyyə böhranlarının taleyini müəyyən edən milyarder investor və fond rəhbəri Corc Soros Baltikyanı ölkələrdə Türkiyə-Rusiya-Çin təsirinin aradan qaldırılması üçün ABŞ və Avropa İttifaqına müraciət edib. FaktXəbər bildirir ki, amerikalı milyarder Corc Soros və oğlu Aleksandr Soros Makedoniyanın adı ilə bağlı Afina arasında imzalanan müqaviləyə dair məqalə qələmə alıb.
 
"New York Times" qəzetində dərc olunan məqalədə transatlantik ittifaqda NATO-nun 2-ci Dünya müharibəsindən bəri geriyə addım atması qeyd olunur. Həmçinin Baltikyanı ölkələri layihələr vasitəsilə Avropaya giriş nöqtəsinə çevirmək istəyən Çinin regiondakı ən böyük investorlardan biri olduğu deyilir. Soroslar düşünür ki, bu meyllərə qarşı qərarlı bir reaksiya göstərmək lazımdır, amma bu, heç də asan olmayacaq. Avropa Birliyinin qarşısındakı maneələrdən biri də Türkiyənin Kiprdəki varlığını davam etdirməsidir.

"Qərb Balkan ölkələrini, regional əməkdaşlıq və Avropa Birliyinə gedən yolda saxlaya bilməsə, bu dövlətlər Rusiya, Türkiyə və Çinin təsirinə düşəcək və yəqin ki, bunların arasında bölünəcək",-deyə Soroslar düşünür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Soros 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com