Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
14:09
Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. 

Onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

Əldə etdiyimiz məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb./Qafqazinfo

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com