Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
12:55
Taliban bazanı ələ keçirdi: 30 əfqan əsgər öldürüldü

Əfqanıstanda bayram günlərində davam edən atəşkəsin başa çatmasından sonra Taliban yaraqlıları hərbi bazaya hücum təşkil edib. FaktXəbər-in verdiyi məlumata görə, Badqis bölgəsindəki hərbi bazaya hücum zamanı 30 əsgər qətlə yetirilib.

Bölgə qubernatoru Əbdül Kafur Məlikzayi bildirib ki, Taliban terrorçuları səhər saatlarında iki təhlükəsizlik bölgəsinə hücum təşkil edib.

"Çox sayda Taliban üzvü müxtəlif istiqamətlərdən hücuma keçdilər. Bir neçə saat davam edən qarşıdurmadan sonra 30 əfqan əsgəri öldürüldü və baza isə yaraqlıların nəzarətinə keçdi",-deyə Badqis Şura Məclisinin üzvü Əbdüləziz Bək bildirib.  
 
15 Taliban terrorçusunun da gecə boyu davam edən əməliyyatlarda öldürüldüyü bildirilir.
 
"Reuters" agentliyi isə Talibanın hücumla bağlı heç bir açıqlama vermədiyini yazıb.

Məqalədə : Taliban 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 03:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com