Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
12:28
1368
`Azərbaycanda insan hüquqları tam təmin olunur`

"Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur".

Bunu İnsan Hüquq­ları üzrə Müvəkkili E­lmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib.

O bildirib ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır".

E.Süleymanova qeyd edib ki, Azərbaycan ombudsmanı hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür. Elmira Süleymanova xatırladıb ki, bugünlərdə BMT-nin İnsan Hüquqları üzrə ali komissarlığı İnsan hüquqları sahəsində uğurlu olan 19 ölkə sırasında Azərbaycanın da adını çəkib.(Report)

Məqalədə : Ombudsman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 21:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com