Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
15:54
1667
ABŞ-da utancverici düşərgədən şok görüntülər – FOTO-VİDEO

ABŞ-da sərhəddi keçən yüzlərlə uşağın ailələrindən ayrılaraq düşərgələrdə saxlanılması böyük qalmaqal yaradıb. FaktXeber.com-un Los Angeles Times-ə istinadla məlumatına görə, saxlanılan şəxslərin  qaçmasının qarşısını almaq üçün dəmir qəfəslər hazırlanıb.

Mərkəzdən yayılan fotolarda uşaqların tək sıra yeridiyi və yerdə yatdıqları görünür. 

Bu hadisə ölkədə hüquqmühafizəçiləri, ictimai-siyasmi xadimləri  ayağa qaldırdı, hətta Melaniya Trampda baş verənlərə mənfi münasibətini bildirib.

Amerika tarixinin ən utancverici səhnələrdən biri kimi qiymətləndirilən hadisəyə axır ki, BMT reaksiya verib və ailələrindən alınan 2000 uşağın vəziyyətindən narahatlığını bildirib.

Tramp idarəçiliyi isə ölkəni ayağa qaldıran bu tədbirləri müdafiə edir. Tramp öz Tvitter hesabında «Avropada qaçqınlarla bağlı  yaşananların  burada da yaşanmasını istəmirik» mesajını paylaşıb.

Məqalədə : miqrant 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com