Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
15:10
BƏƏ-nin Baş Qərargah generalı Yəməndə öldürüldü

Yəmənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor İsa Saif əl-Məzruyi Yəməndə öldürülüb. Bu barədə "Fars News" agentliyi məlumat yayıb.

Məlumata görə, Yəmənin qərbində yerləşən Hudeyda şəhərində "Ənsarullah" hərəkatının döyüşçüləri ilə qarşıdurmada BƏƏ-nin 43 hərbçisi, o cümlədən general-mayor əl-Məzruyi həyatını itirib.
 
Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə son bir neçə gündə 253 əsgərini itirib.

Qeyd edək ki, BƏƏ ötən çərşənbə günü öz qüvvələrinin öldürülməsini təsdiqləməsə də, lakin 4 qurbanın cəsədini tələb edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com