Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
14:32
Azı da, çoxu da zərərdir

Gündə 6 saatdan az, 10 saatdan isə çox yatmağın insanda hansı xəstəliklərə səbəb olduğu araşdırılıb.

FaktXəbər bildirir ki, "BMC Public Health" jurnalında dərc olunan, "Yuxu müddəti və metabolik sindrom arasındakı əlaqə: ardıcıl araşdırma" başlıqlı məqalədə çox, ya da az yatmağın sağlamlığa təsirlərindən bəhs edilir.

Seul Universitetinin Tibb Fakültəsinin tədqiqatçılarının apardığı araşdırmada 40-69 yaş arası 133 min 608 koreyalı kişi və qadın iştirak edib.

Qan hüceyrələri, DNT, plazma nümunələri, ifrazatları üzərində müəyyən testlər tətbiq edən iştirakçılara, "keçən il gündə orta hesabla, gündüz yuxusu da daxil olmaqla neçə saat yatdınız", sualı da ünvanlanıb.

Əldə edilən nəticələr gündə 6 saatdan az, 10 saatdan çox yatmağın qan təzyiqi, yüksək qan şəkəri, bel ətrafında artıq piylənmə və yüksək xolesterin kimi əlamətləri göstərən metabolik sindromla bağlı olduğunu ortaya çıxarıb.

Araşdırma kişilərin 11, qadınların isə 13 faizinin 6 saatdan az, kişilərin 1,5 və qadınların isə 1,7 faizinin gündə 10 saatdan çox yatdığını göstərdi.

Araşdırma qrupuna rəhbərlik edən Kleyr Kim delə deyir:

"Bu, kişilər ilə qadınlar üçün yuxu müddətini, metabolik sindrom və komponentlər arasındakı əlaqəni tədqiq edən ən böyük işdir. Əvvəlki araşdırmamızın nümunəsini genişləndirə bildiyimiz üçün yuxu və metabolik sindrom arasındakı əvvəllər hiss edilməyən münasibətləri müəyyən etmişik.

Metabolik sindrom uzun müddət yatan qadınlar ilə qısa müddət yatan kişilərdə daha çox müşahidə edilir. Bu da yuxu müddəti ilə metabolik sindrom arasında cinsiyyət fərqi olduğunu göstərir".

Araşdırmaya görə, gündə 6 saatdan az yatan kişilərdə metabolik sindrom və bel ətrafında piylənmə, qadınlarda da bel ətrafı piylənmə ehtimalı daha yüksəkdir.

Nəticələr göstərir ki, gündə 10 saatdan çox yatan kişilərdə metabolik sindrom və triqliserid səviyyələrinin artması ehtimalı daha çoxdur. Oxşar araşdırma uzun müddət yatan qadınlarda bel ətrafı piylənmənin, triqliseridin, qanda şəkərin artmasını və metabolik sindrom ehtimalının daha yüksək olduğunu göstərib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yuxu yuxusuzluq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com