Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
12:06
Türkiyə qüvvələri Mənbic şəhərinə girməyəcək

Menbicin Ali Hərbi Şurası bəyan edib ki, Türkiyə qüvvələri  Mənbic şəhərinə girməyəcək və «Fərat qalxanı» əməliyyatı keçirilən rayonda qalacaqlar. FaktXeber.com-un məlumatına görə, bu barədə RİA Novosti-yə  Şuranın rəhbəri  Muhəmməd Əbu Adil bəyan edib.

«Biz Mənbicin  Hərbi Şurası kimi Beynəlxalq Koalisiya Qüvvələri ilə bir həftədir ki, danışıqlar aparırdıq. Müzakirələr əsasən Türkiyə patrullarına aid idi. Yeri gəlmişkən  dünən (17 iyunda-red.) Beynəlxalq Koalisiya və türklər arasında sonuncu görüş keçirilib və bu gün (18 iyunda-red.) Türkiyə tərəfindən Mənbicin daxilində deyil, «Fərat Qalxanı» əməliyyatlarının keçirildiyi rayonlarda patrulların (yerləşdirilməsinə) başlanılıb », - deyə Əbu Adil vurğulayıb.

Xatırladaq ki, Türkiyə hərbçiləri ABŞ-la razılaşdırılmış yol xəritəsinə uyğun olaraq Suriyanın Mənbic şəhərinin ətrafını tutublar. FaktXəbər bildirir ki, bu barədə yerli mənbələrə istinadən "NTV" telekanalı məlumat yayıb.

Kanal Mənbic ətrafında yerləşən və türk bayraqları olan zirehli texnikaların fotolarını dərc edib.

Qeyd edək ki, Vaşinqton və Ankara iyunun əvvəlində Mənbicdə təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar yol xəritəsi qəbul edib. Bundan başqa, onlar Suriya şəhərindən kürd döyüşçülərin çıxarılmasının qrafikini də razılaşdırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mənbic 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com