Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
11:01
2943
Səudiyyənin `Qətəri adaya çevirmə` layihəsinə başlanılır

Səudiyyə Ərəbistanı Qətəri «adaya çevirmək» barədə layihəsinə  yaxın günlərdə başlayacağını bildirib. FaktXeber.com-un AA-ya istinadla verdiyi məlumata görə, bu barədə «Məkkə» qəzetində bildirilib.

Nəşrdə deyiliri ki, Kraliyyət müşaviri Səud əl-Kahtani «Selva kanalı» layihəsində təkliflərin irəli sürülməsi üçün son günün gələn həftənin bazar ertəsi olduğunu elan edib.

Layihənin həyata keçirilməsi üçün 5 beynəlxalq  şirkətdən  təklif alınıb. Bildirilir ki, tenderdə qalib gələn şirkət, ya konsorsium, təkliflərin son təqdimetmə tarixindən etibarən 90 gün içində elan edəcək. Layihə isə 1 ilə tamamlanmalıdır.

Kahtani Tvitter hesabından «Selva kanalının  qazıntıları başlanır» haş-teqi ilə yayımlanan tvitində Qətər dövlətini bir adaya çevirən  layihə ilə əlaqədar Səudiyyə xalqını təbrik ismarıcını öz hesabüından yenidən yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl oxşar paylaşımlar edən Kahtani bu ifadələri işlətmişdi:

«Qətər, Səudiyyə Ərəbistana aid hərbi bazanın olduğu Selva adasının bir parçası olacaq.Tarix də bir vaxtlar o torpaqlarda belə bir ölkənin olduğunu xatırlayacaq. Selva adasını yaratma qərarı, beynəlxalq  hüquqlara ziddirmi, Səudiyyə Ərəbistanının orada hərbi baza yaratmaq haqqı varmıdır, nüvə reaktorunu və nüvə reaktorunun artığını ora atma haqqına sahibdirmir? Təbii ki, 10000/100 % haqqı var. Bu hegemonluqdur, ey sadəcə hegemonluğun adını eşidənlər.»

Xatırladaq ki, «Sabq» internet qəzeti ötən aprel ayında yayımladığı  xəbərdə, Səudiyyə Ərəbistanının  Qətər ilə arasındakı 60 km-lik tək quru  sərhəddində kanal inşa etmək üçün tam təşəkkülü bir turizm layihəsi üzərində işlədiyini bildirmişdi.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir hökuməti 2017-ci ilin iyun ayından  Qətərlə bütün diplomatik əlaqələri kəsmələri və iqtisadi blokadaya salmaları körfəzdə böhran yaratmışdı.

Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 08:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com