Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
10:15
ABŞ səfiri israilli deputatları `nankor` adlandırıb

ABŞ-ın İsraildəki səfiri Devid Fridman Qolan yüksəkliyinin tanınmasını istəyən israilli deputatlara sərt reaksiya göstərib. FaktXəbər-in verdiyi məlumata görə, Devid Fridman işğal altındakı Qolan təpələrinin İsrail torpağı olaraq tanınmasını istəyən israilli deputatları "nankor" adlandırıb.
 
Qeyd edək ki, İsrail Kenessetinin üzvləri ABŞ səfirliyinin Qüdsə köçürülməsini yetərli saymayaraq yüksəkliyin də İsrail ərazisi kimi tanınmasını istəyib.

Suriya ərazisi olan təpələrinin İsrail torpağı sayılmasını tələb edən deputatlar arasında nəqliyyat və kəşfiyyat naziri Yisrael Katz, "Likud" partiyasından millət vəkili Yoav Kisch və "Yeş Atid" partiyasından deputat Yair Lapid də var.
 
Məlumat üçün bildirək ki, Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər (Qolan təpələri) Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsrail 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com