Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
10:06
Yol polisi Qubada reyd keçirib

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba və Xaçmaz Dövlət Yol Polisi bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX-nin 2-ci tağımı tərəfindən Quba rayonunda reyd keçirilib.

DİN-dən FaktXəbər-ə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Saxlanılan zaman 30-dan çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3502

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru