Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
09:25
1410
DSX-nın hərbçisi atdan yıxılaraq həlak olub

Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub. Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Məqalədə : DSX 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com