Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
22:00
Makedoniya ölkənin adına görə qarışdı

Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada etiraz aksiyaları keçirilir. 

FaktXəbər-in 1tv.ru-ya istinadən verdiyi məlumata görə, 17 nəfər xəarət alıb, 26 aksiya iştirakçısı saxlanılıb.

Ölkənin daxili işlər nazirliyinin yaydığı məlumata görə, parlament binası qarşısında keçirilən etirazlarda toqquşmalar zamanı 7 polis əməkdaşı da xəsarət alıb.

Qeyd edək ki, dünən Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.

Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən çox davam edir və bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Makedoniya etiraz aksiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 18:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com